YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şirzad Abdullayev: Sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirləri uğurla davam edir

«İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlığın inkişafına maliyyə dəstəyinin göstərilməsi tədbirlərini uğurla davam etdirir». Bu fikri Fondun icraçı direktoru Şirzad Abdullayev deyib.

Ş.Abdullayev bildirib ki, 2018-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin ümumi dəyəri 152 milyon manat olan investisiya layihəsinin maliyyələşdirilməsinə 18 milyon manat güzəştli kredit verilib.

«Hazırda ölkənin 28 rayonu üzrə 183 min hektar ərazidə 43 aqroparkın yaradılması prosesi sürətlə aparılır. Ümumi dəyəri 386 milyon manat olan 15 aqroparkın yaradılmasına 103,6 milyon manat güzəştli kredit verilib»-deyə, icraçı direktor vurğulayıb.