YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Ermənistanın işğalçılıq siyasətindən dinc insanlar, o cümlədən qadınlar və uşaqlar da böyük ziyan çəkirlər

«XX əsrin faciəsi olan Xocalı soyqırımı aqressiv erməni siyasətinin nəticəsidir». Bu fikri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Azərbaycan xalqı son 200 ildə erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Onun sözlərinə görə, beynəlxalq hüququn normalarına zidd olaraq Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda istənilən cinayətə və vəhşiliyə hazır olduğunu nümayiş etdirir”.

«Xocalı soyqırımının beynəlxalq müstəvidə həqiqi qiymətini tapması üçün yalnız dövlət qurumları deyil, bütün ictimai təşkilatlar, hər bir vətəndaş öz imkanları çərçivəsində fəaliyyət göstərməli, töhfəsini verməlidir. Bu fəaliyyətlə Ermənistanın işğalçılıq siyasətini dünyada ifşa etmək üçün işlərimizi sürətləndirməliyik. Çünki, artıq iyirmi dörd ildir atəşkəs rejimi elan olunmasına baxmayaraq, atəşkəs Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə pozulur. Nəticədə mülki şəxslər, uşaqlar yaralanır, qətlə yetirilir, mülki obyektlərə ziyan vurulur. Bu, vandalizm aktı olaraq Ermənistan dövlətinin terrorçu mahiyyətini bir daha sübut edir»-deyə, Komitə sədri qeyd edib.

DİGƏR Xəbərlər Arxiv