YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Torpaqlarımızı işğaldan azad etmək Azərbaycan xalqının haqqıdır

«Azərbaycan dövləti Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün öz mövqeyini dəfələrlə ifadə edib». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, bu günə qədər ATƏT-in Minsk qrupunun bu istiqamətdə heç bir ciddi addım atmaması təəssüf doğurur. Onun sözlərinə görə, həmsədrlərin gəlişi turist səfərinə bənzəyir.

«Prezident İlham Əliyevin apardığı məqsədyönlü siyasət hesabına Azərbaycan güclü dövlətə çevrilib. Eyni zamanda, Azərbaycanın güclü ordusu formalaşıb. Bu gün Azərbaycan xalqının beynəlxalq hüquqa söykənən bir haqqı var: öz torpaqlarını işğaldan azad etmək, erməni təcavüzünün bundan sonra da davam etməsinin qarşısını almaq. Əgər beynəlxalq birlik erməni təcavüzünün qarşısını almaq istəmirsə, Azərbaycan xalqının belə gücü var və öz torpaqlarını işğaldan azad etmək imkanlarına qadirdir. Bütün dünya bilməlidir ki, Azərbaycan xalqının səbri artıq tükənib”. Bugünkü Azərbaycan gəncliyi vətənpərvər gənclikdir və biz bu gəncliklə qürur duyuruq. Çünki bu gənclik Azərbaycan torpaqlarını işğaldan azad edəcək Azərbaycan əsgəridir»-deyə, deputat qeyd edib.