YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dmitri Roqozin: Rusiya və Azәrbaycanın müştәrәk müәssisәlәr yaratmasının vaxtı çatıb

Sentyabrın 15-dә Bakıda Azәrbaycan vә Rusiya arasında iqtisadi әmәkdaşlığa dair hökumәtlәrarası komissiyanın 14-cü iclası keçirilib.

Baş nazirin birinci müavini Yaqub Eyyubov uzun fasilәdәn sonra hökumәtlәrarası komissiyanın iclasının keçirilməsini müsbət dəyərləndirdi. "Әminәm ki, Rusiyanın belә geniş tәrkibdә Azәrbaycana gәlәn nümayәndә heyәti ilә danışıqlar ikitәrәfli әmәkdaşlığa böyük tәkan verәcәk. Bu gün Azәrbaycan Prezidenti ölkәlәrimiz arasında gәlәcәk inkişafın istiqamәtlәrini qeyd etdi vә bizim münasibәtlәrә yüksәk qiymәt verdi", - deyә Y.Eyyubov vurğuladı.

Qeyd edildi ki, Rusiya daim Azәrbaycan üçün әn yaxın dost vә qonşu ölkәdir. Biz daim bir yerdә yaşamış vә әmәkdaşlıq etmişik. Dünyanın bu mürәkkәb vaxtlarında da daim bir yerdә olmalıyıq. Biz birlikdә hәmişә güclü olacağıq. Rusiya qüdrətli vә zәngin tәbii sәrvәtlәrə malik ölkәdir.

Son vaxtlar ölkәlәrimiz asında әlaqәlәrin daha da intensivlәşdiyini bildirən Rusiya Baş nazirinin müavini Dmitri Roqozin məlumat verdi ki, bugünkü iclasda iki ölkә prezidentlәri arasında әldә edilәn razılaşma әsasında qaldırılan mәsәlәlәr müzakirә olunacaq. Bu mәsәslәlәr çox geniş sahәlәri әhatә edir.

Rusiya iqtisadiyyatının çәtin dövrlәr yaşadığı bir vaxtda ölkələrimiz daha da yaxınlaşır. Hazırda Azәrbaycan iqtisadiyyatı sürәtlә inkişaf edir vә onun mәhsulları Rusiya bazarlarına çıxarılır. Bu haqda danışan D.Roqozin dedi: “Artıq müştәrәk müәssisәlәrin yaradılması vaxtı çatıb.

Bu müәssisәlәr hәm kәnd tәsәrrüfatı, hәm dә sәnaye sahәlәrini әhatә edә bilәr. Bu gün biz Azәrbaycan Prezidenti tәrәfindәn qaldırılan enerji mәsәlәlәri üzrә yüksәk işçi qrupunun yaradılmasını da müzakirә edәcәyik".

Rusiya Baş nazirinin müavini diqqətə çatdırdı ki, 2013-cü ildә ölkәlәrimiz arasında әmtәә dövriyyәsi 3,6 milyard dollar tәşkil edib. Bu ilin yanvar-iyul aylarında isә həmin göstәrici 2,2 milyard dollar olub. “Rusiya hazırda Azәrbaycanın istehsal etdiyi mәhsullara ehtiyac duyur vә bunun üçün ölkənizin әlavә resursları var”- deyə D.Roqozin əlavə etdi.