YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qubadlı rayon təşkilatı seçici imzalarının toplanması prosesinə start verib

11 Aprel 2018-ci il tarixdə keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının Azərbaycan Respublikası prezidentliyinə namizədi İlham Əliyevin namizədliyinin dəstəklənməsi məqsədi ilə Qubadlı rayonu üzrə seçici imzalarının toplanması prosesinə başlanılıb.

 Qubadlı rayonu ərazisini əhatə edən 125 saylı  Qubadlı-Zəngilan DSK üzrə 350 imzanın toplanması nəzərdə tutulub. YAP Qubadlı rayon təşkilatının sədri Allahverdi Haxverdiyev bildirib ki, bununla bağlı YAP Qubadlı rayon təşkilatında 12 nəfərdən ibarət Seçki Qərargahı, 7 nəfərdən ibarət imzatoplayan qrup yaradılıb.

Qeyd edək ki, Qubadlı rayonunda imzatoplama perosesinin 2 gün müddətində başa çatdırılması nəzərdə tutulur. 

DİGƏR Xəbərlər Arxiv