YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Hökuməti sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Rusiya Federasiyası Hökuməti sədrinin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın həmsədri Dmitri Roqozinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə dinamik şəkildə uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı Rusiya-Azərbaycan hökumətlərarası komissiyanın gündəliyində duran məsələlərin geniş şəkildə nəzərdən keçirilməsinin önəmini qeyd etdi. Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə Soçidə görüşünü məmnunluqla xatırlayan Prezident İlham Əliyev həmin görüşdə ikitərəfli münasibətlərimizin inkişafı ilə bağlı səmərəli müzakirələr aparıldığını vurğuladı. Hazırkı dövrdə ticarət dövriyyəsinin artırılması, o cümlədən iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyən dövlətimizin başçısı Dmitri Roqozinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin yaxşı nəticələr verəcəyinə əminliyini ifadə etdi.
Böyük nümayəndə heyəti ilə Azərbaycana səfərə gəldiyini diqqətə çatdıran Dmitri Roqozin nümayəndə heyətinin tərkibində yüksək səviyyəli məmurların olmasının əməkdaşlığımızın genişləndirilməsi ilə bağlı məsələlərin operativ həlli baxımından əhəmiyyətini vurğuladı.

Dmitri Roqozin komissiyanın bugünkü iclasında dövlət başçılarının Soçi görüşündə qarşıya qoyduqları vəzifələrin, o cümlədən enerji sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı yüksək səviyyəli işçi qrupunun yaradılması və əməkdaşlığımızın digər sahələri ilə əlaqədar məsələlərin ətraflı müzakirə olunacağını dedi.