YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 700 milyon kubmetrədək təbii qaz ötürülüb

Ötən ay Azərbaycandakı magistral qaz kəmərləri ilə 2 milyard 380 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,3 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, yanvar ayında qaz nəqlinin 29,3 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 698,5 milyon kubmetr qaz göndərilib.