YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Luca Schieppati: TAP Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verəcək

TAP layihəsi Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verəcək.

Bu barədə TAP-ın icraçı direktoru Luca Schieppati deyib.

"TAP strateji əhəmiyyətli bir layihədir. Bu layihə Avropanın enerji təhlükəsizliyinin təminatına mühüm töhfə verir. Eyni zamanda, karbohidrogen resurslara olan tələbatı ödəyəcək. Dövlətlərin dəstəyi ilə 2020-ci ildə Azərbaycan təbii qazı Avropaya nəql olunacaq. Biz "Cənub Qaz Dəhlizi" layihəsinin uğurlu olması üçün çalışırıq. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası qarşıda görüləcək işlər barədə fikir mübadiləsi aparmaq baxımından əhəmiyyətlidir. Müxtəlif dövlətlərin nümayəndə heyətləri ilə birgə çox məhsuldar müzakirələr apardıq", - deyə TAP-ın icraçı direktoru qeyd edib.