YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Hüseynli: Qanun ölkəmizdə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq

«Azad iqtisadi zonaların yaradılması ölkəmizin iqtisadiyyatın inkişafının və liberallaşdırılmasının indiki mərhələsində irəliyə doğru atılmış çox böyük addımdır». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.

Ə.Hüsyenli bildirib ki, bu baxımdan, «Ələt azad iqtisadi zonası haqqında» qanun layihəsi vacib sənəddir.

«Qanunda dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Sənəd  azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq»-deyə, Ə.Hüseynli qeyd edib.