YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə güclənib

«Azərbaycanın xarici siyasəti milli maraqlara əsaslanır». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi  ilə milli  və dövlət maraqlarına əsaslanan siyasət həyata keçirilir. Onun sözlərinə görə, bu siyasət nəticəsində Azərbaycan beynəlxalq miqyasda əhəmiyyətli dərəcədə güclənib.

«Bu siyasət nəticəsində Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli güclənib, 2011-ci ildə BMT  Təhlükəsizlik Şurasının üzvü seçilib, beynəlxalq təşkilatlarda öz sözünü deyən ölkəyə çevrilib. Bu gün Azərbaycanın dünyaya inteqrasiyasını inkişaf etdirərək xarici əlaqələrini genişləndirib, Şərqlə Qərb arasında möhkəm təməlli körpü yaradıb. Əlbəttə ki, bütün bunlar Azərbaycanın müstəqil dövlət olaraq gücünü daha da artırır»- deyə, komitə sədri vurğulayıb.