YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Prezident İlham Əliyev bütün Azərbaycan xalqının dəstəklədiyi namizəddir

«Cənab İlham Əliyev təkcə YAP-ın deyil, bütün Azərbaycan xalqının prezidentliyə namizədidir». Bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Prezident İlham Əliyev bütün Azərbaycan xalqının dəstəklədiyi namizəddir. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qarşısına qoyduğu ən əsas məqsəd Dağlıq Qarabağ probleminin həlli, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsidir. Dövlət başçısı, bunu Yeni Azərbaycan Partiyasının qurultayında çıxışı zamanı tribunadan bir daha bəyan etdi.

«Heç kimə sirr deyil ki, Azərbaycanda məcburi köçkünlərə göstərilən diqqət dünyanın heç bir ölkəsində yoxdur. 500 milyon əhalisi olan Avropa 150-200 min nəfər qaçqının problemlərini həll edə bilmir. Azərbaycan isə 1993-cü ildən başlayaraq məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görməyə başlayıb və öz gücünə bu işlərin öhdəsindən gəlib. Dövlət başçısı Prezidentliyinin ilk günündə bəyan etmişdi ki, Azərbaycanda çadır şəhərciyi qalmayacaq və bu gün biz bunun şahidiyik. Mən, məcburi köçkün bölgəsinin millət vəkili kimi deyə bilərəm ki, Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının sosial rifahının, mənzil şəraitinin yaxşılaşdırılması üçün əvəzsiz işlər görüb və bu missiyanı davam etdirir»-deyə, E.Məmmədov vurğulayıb.