YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: YAP-ın VI Qurultayının cənab İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı Azərbaycan xalqının böyük əksəriyyətinin dəstəklədiyi və müdafiə etdiyi qərardır

Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi, Baş nazirin müavini Əli Əhmədov Yeni Azərbaycan Partiyasının rayon təşkilat sədrlərinin ümumrespublika müşavirəsində vurğulayıb ki, YAP-ın VI Qurultayının partiyanın Sədri İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi ilə bağlı qərarı Azərbaycan xalqının əksəriyyətinin dəstəklədiyi və müdafiə etdiyi qərardır: “İnanırıq ki, aprelin 11-də Azərbaycan seçicilərinin böyük əksəriyəti səsvermədə iştirak edərək İlham Əliyevin lehinə səs verəcəklər. Belə qənaətə gəlməyin əsas səbəbi odur ki, Prezident İlham Əliyevin hakimiyyətdə olduğu illərdə ölkəmiz iqtisadi, sosial və digər sahələrdə böyük inkişaf mərhələləri keçib, insanların həyat şəraiti və rifahı yüksəlib, Azərbaycanın siması köklü surətdə dəyişib, ölkəmizin beynəlxalq aləmdə mövqeləri əhəmiyyətli dərəcədə möhkəmlənib. Bu reallıqlar və gerçəkliklər İlham Əliyevin siyasi reytinqini kifayət qədər yüksək səviyyəyə qaldırıb. Azərbaycan xalqı bu siyasəti qətiyyətlə dəstəkləyir”.