YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səlim Müslümov: Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək

Fevral ayının pensiyaları yanvar və fevral aylarındakı artımlarla birgə ödəniləcək.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.

Nazir bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin əmək pensiyalarının indeksləşdirilərək artırılması barədə sərəncamı pensiyaçıların 94 faizinə şamil olunacaq.

S.Müslümov qeyd edib ki, Azərbaycanda 2006-cı il yanvarın 1-dən beynəlxalq standartlara uyğun müasir sığorta-pensiya sisteminin tətbiqi ilə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsinə başlanılıb və 2007-ci ildən etibarən Azərbaycan Prezidenti tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 11 sərəncam verilib: