YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI  : 0
BİZƏ YAZIN

Xəbərlər

Cavid Osmanov: Yeni Azərbaycan Partiyasının VI Qurultayı ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biridir

«Yeni Azərbaycan Partiyasının VI Qurultayı ölkəmizin ictimai-siyasi həyatının ən mühüm hadisələrindən biridir. Qurultayın partiyamızın Sədri, sənab İlham Əliyevin prezidentliyə namizədlinin irəli sürülməsi haqqında qəbul etdiyi qərar Azərbaycan cəmiyyətinin mütləq mövqeyidir». Bu fikirləri yap.org.az saytına YAP Ağdaş rayon təşkilatının sədri, Milli Məclisin deputatı Cavid Osmanov deyib.

C.Osmanov bildirib ki, öz sıralarında 700 min nəfərdən çox insanı birləşdirən YAP ümumxalq partiyası statusu qazanıb. Çünki Ümummilli  liderimiz Heydər Əliyevin qurucusu olduğu partiyanın amalı xalqımıza və dövlətimizə xidmət etməkdən ibarət olub. Onun sözlərinə görə, Prezident İlham Əliyevin rəhbərliyi ilə YAP daha da güclənərək regionun ən böyük siyasi qüvvəsinə çevrilib.

«Əlbəttə ki, ümumxalq partiyasının qurultayında qəbul olunan qərar bilavasitə xalqın mövqeyini ifadə edir. Hazırda cəmiyyətimizdə bu qərar geniş müzakirə olunur və çox yüksək qiymətləndirilir. Cənab İlham Əliyev 2003-cü ildən etibarən Azərbaycana rəhbərlik etdiyi müddət ərzində ölkəmiz bütün sahələr üzrə misilsiz nailiyyətlər qazanıb. Məhz Prezidentimizin siyasətinin nəticəsidir ki, ötən 15 il ərzində Azərbaycan böyük inkişaf yolu keçib, sosial-iqtisadi göstəricilər dəfələrlə artıb, eləcə də, beynəlxalq müstəvidə mövqeyimiz daha da güclənib. Azərbaycan mötəbər beynəlxalq tədbirlərin keçirildiyi mərkəzlərdən birinə çevrilib. Bu gün Azərbaycanın iştirakı olmadan regionda hər hansı qlobal miqyaslı layihələri reallaşdırmaq mümkün deyil. Təkcə, bu fakt Prezident İlham Əliyevin siyasətinin nə qədər yüksək nəticələr verdiyini göstərir. Çünki, əldə olunan bu nəticələr məhz cənab Prezidentin     düşünülmüş, qətiyyətli siyasəti sayəsində əldə olunub. Bu baxımdan, qarşıdan gələn prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsinin ölkə vətəndaşları tərəfindən böyük sevinclə qarşılamasının ciddi əsasları var. İnanırıq ki, bu seçkilər də azad və demokratik şəkildə baş tutacaq. Rəhbərlik etdiyim YAP Ağdaş rayon təşkilatı da seçki kampaniyasına fəal şəkildə hazırlaşır və partiyanın İcra Katibliyinin bütün tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışacaq»-deyə, C.Osmanov qeyd edib.  

DİGƏR Xəbərlər Arxiv