YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səhiyyə naziri: Ölkədə uşaqların 97 faizi dövlət səviyyəsində həyata keçirilən 11 peyvəndlə əhatə edilib

«Kütləvi peyvəndləmə, həyata keçirilən tədbirlər nəticəsində qonşu ölkələrdə qeydə alınan yoluxucu xəstəliklər, epidemiyalar Azərbaycandan yan keçir». Bu sözləri səhiyyə naziri Oqtay Şirəliyev deyib.

O.Şirəliyev bildirib ki, ölkədəki uşaqların 93-97 faizi dövlət səviyyəsində həyata keçirilən 11 peyvəndlə əhatə edilib.

«Xronoki böyrək çatışmazlığı sahəsində əhaliyə xidmət etmək üçün 34 dializ mərkəzi istifadəyə verilib, 245 min şəkərli diabetdən əziyyət çəkən insan dövlət tərəfindən zəruri dərman vasitələri və nəzarət aparatları ilə təmin edilir. İndiyə kimi 55 uşağa sümük iliyi, 500 insana böyrək, 100-ə yaxın insana qaraciyər köcürülüb»-deyə, nazir vurğlayıb.