YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Firdovsi Əliyev: Son 16 ildə Azərbaycanda 160 min hektara yaxın meşə sahəsi bərpa olunub

Son 16 il ərzində Azərbaycanda təqribən 159 min hektar meşə sahəsi bərpa olunub.

Trend-in məlumatına görə, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev Azərbaycanda meşə sahəsində bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi layihəsinə həsr olunmuş tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, hesabat dövründə, o cümlədən, 52,1 min hektar yeni meşə zolağı salınıb, 106 milyon ağac əkilib.

F.Əliyev əlavə edib ki, ümumilikdə son illər ərzində quraqlıq ərazilərin təmizlənməsi və bərpasından sonra genişmiqyaslı yaşıllaşdırma işləri görülüb: "4 min hektardan artıq ərazidə 4 milyondan çox ağac əkilib, 11 min kilometr uzunluğunda damcı-suvarma sistemi tətbiq olunub".

O bildirib ki, hazırda 4 min hektardan çox ərazidə bir milyondan artıq meyvə ağacı əkilib.

Nazir müavini vurğulayıb ki, Azərbaycanda meşə sahələri 1,021 milyon hektar təşkil edir, bunun 261 min hektarı Ermənistan tərəfindən işğal olunmuş ərazilərdədir.