YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 9,1 faiz artıb

Sentyabr ayının 1-nə olan statistikaya əsasən,  ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 9,1 faiz artıb. 2014-ci ilin yanvar-avqust aylarında DSMF tərəfindən əlavə olaraq 1557 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 18 658 nəfərə yüksəlib. 

 Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 89,6 faizini kişilər, 10,4 faizini isə qadınlar təşkil edir. Məlumatı DSMF-nin İctimaiyyətlə əlaqələr sektoru yayıb.

Ümumilikdə 104 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Türkiyə vətəndaşları (10568 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 2001 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 985  nəfərə çatıb. 

Sonrakı yerlərdə İran İslam Respublikası (598), Hindistan (527), Çin Xalq Respublikası (432), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (320), Özbəkistan (216), Banqladeş Xalq Respublikası (199), Ukrayna (181), Pakistan İslam Respublikası (170), Almaniya (165), Filippin (152),  Bosniya və Hersoqovina (131),  Qazaxıstan (130), ABŞ (128),  Türkmənistan (128), İtaliya (128), Koreya Respublikası (119) , Malayziya (93)  və s. ölkələr gəlir.

Xatırladaq ki, 2006-cı ilin yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.