YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Xızı rayonunun Giləzi–Xızı-Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xızı rayonunun Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzaladı.

Sərəncama əsasən, Giləzi–Xızı (34 km)–Fındığan avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrıldı.