YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: Sənaye zonaları Azərbaycanın hər bir regionunda yaradılacaq

Sənaye zonaları Azərbaycanın hər bir regionunda yaradılacaq.

Bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sənayedə yerli xammalın istifadəsi ilə idxalı əvəz edən istehsalın genişləndirilməsinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.

Nazir müavini bildirib ki, sənaye ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır: “Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycanda beş sənaye parkı və dörd sənaye məhəlləsi yaradılıb. Gələcəkdə onların sayının artırılması və Azərbaycanın hər regionunda yaradılması planlaşdırılır”.