YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Respublikanın iqtisadi potensialının gücləndirilməsinə yönələn siyasət mühüm nəticələr verir

«Son 14 ildə ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Azərbaycan güclü iqtisadi potensiala malik ölkəyə çevrilib». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

T.Rzayev bildirib ki, bu  dövrdə dünyda Azərbaycan kimi sürətlə inkişaf edən ölkələrin sayı çox az olub.  Onun sözlərinə görə, respublikanın iqtisadi potensialının gücləndirilməsinə yönələn siyasət mühüm nəticələr verir.

«Azərbaycanın qısa müddətdə Cənubi Qafqaz coğrafiyasında ən güclü iqtisadiyyata malik ölkəyə çevrilməsi son dərəcə qürurverici haldır. Hazırda Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən çoxu məhz Azərbaycanın payına düşür, regionda reallaşdırılan iqimiqyaslı əksər layihələrin moderatoru rolunda məhz ölkəmiz çıxış edir. Ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Azərbaycan qlobal iqtisadi şokların təsirinə daha az məruz qalan ölkədir. Bu da ilk növbədə o amillə şərtlənir ki, son 14 ildə respublikamızda qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü siyasət aparılıb və neftdən asılılıq əhəmiyyətli dərəcədə aradan qaldırılıb. Dövlət başçısının siyasi iradəsinə uyğun olaraq respublikamızda davamlı şəkildə həyata keçirilən islahatlar, qarşıya qoyulan hədəflər iqtisadiyyatın diversifikasiya edilməsinə və ağırlıq mərkəzinin tədricən qeyri-neft sektoruna keçməsinə yönəldilib. Məhz belə məqsədyönlü siyasət sayəsində son illərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafının neft sektorunun artım dinamikasını üstələməsi məmnunluq doğurur»-deyə, deputat qeyd edib.