YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pekində Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu mövzusunda konfrans keçirilib

Çin Xalq Respublikasının paytaxtında “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşmasında Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin rolu mövzusunda beynəlxalq konfrans keçirilib.

Azərbaycanın təşəbbüsü, Türkiyə, Qazaxıstan və Gürcüstanın Pekindəki səfirliklərinin təşkilatçılığı, Çinin Kommersiya Nazirliyinin dəstəyi ilə keçirilən konfrans Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinin təşviqi məqsədi daşıyıb.

Konfransın açılışında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev, Çin kommersiya nazirinin müavini Van Şouven, Türkiyənin iqtisadiyyat nazirinin müavini Fatih Metin, Qazaxıstanın investisiya və inkişaf nazirinin müavini Roman Sklyar, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Georgi Çerkezişvili, çıxış ediblər.

Sonra Transxəzər Beynəlxalq Şərq-Qərb Ticarət və Nəqliyyat dəhlizinə dair film nümayiş olunub, panel iclasları keçirilib.