Xəbərlər
Prezident İlham Əliyev əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 17 mart tarixli 2760 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Sərəncam imzaladı.
Sərəncama əsasən, komissiyanın sədri Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov təyin edilib.