YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Joao Felisio: Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına heyran qalmamaq mümkün deyil

Prezident İlham Əliyevin bizi qəbul etməsi mənə çox gözəl təsir bağışladı. Bu, vətəndaş cəmiyyəti ilə hökumət arasında dialoqun göstəricisidir. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına heyran qalmamaq mümkün deyil.

Bu fikirləri Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti Joao Felisio jurnalistlərə müsahibəsində deyib.

“Heç bir ölkədə prezident həmkarlar ittifaqları işçilərini qəbul etmir”, - deyən Joao Felisio Prezident İlham Əliyevin bu addımının Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafının daha bir göstəricisi olduğunu qeyd edib.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının prezidenti ölkəmizin tarixi və mədəniyyəti ilə yaxından maraqlandığını bildirib.