YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldəniz Səlimov: Görülən işlər regionlarda iqtisadi fəallığın güclənməsinə geniş zəmin yaradır

«Ölkəmizdə həyata keçirilən siyasət bölgələrin daxili ehtiyatlarının üzə çıxarılması və səfərbər olunması, nəticədə maliyyə imkanlarının yaxşılaşmasına səbəb olub». Bu fikri Milli Məclisin deputatı Eldəniz Səlimov deyib.

E.Səlimov bildirib ki, regionlarda aqropark və sənaye zonalarının yaradılması, bölgələrdəki sahibkarların maliyyə imkanlarından istifadə edilməsi regionların iqtisadi potensialının artmasına imkan verib. Azərbaycanın inzibati rayonlarının böyük qismi hazırda daxili resursları və potensialı hesabına maliyyə xərclərini ödəmək iqtidarındadır.

«Bu gün respublikanın 33 şəhər və rayonu öz xərclərini mərkəzləşdirilmiş büdcədən dotasiya almadan formalaşdırır. Həmin şəhər və rayonların mövcud iqtisadi potensialı qeyri-neft sektorunun inkişafı, vergi potensialının genişləndirilməsi və daxili gəlirlərin artması hesabına baş verir. Bu, onu göstərir ki, iqtisadi göstəriciləri kifayət qədər yaxşı olan digər şəhər və rayonların da öz büdcələrini yerli gəlirlər hesabına təmin etmələri üçün real iqtisadi baza mövcuddur. Qarşıya qoyulmuş əsas hədəflərdən biri gələcəkdə mərkəzləşdirilmiş büdcədən dotasiya almadan digər şəhər və rayonların da öz gəlirləri hesabına özlərini təmin etməsidir. Hazırda dövlət tərəfindən iqtisadiyyatın şaxələndirilməsi, biznes mühitinin yaxşılaşdırılması sahəsində görülən işlər regionlarda iqtisadi fəallığın güclənməsinə, sahibkarlıq subyektlərinin sayının artmasına və yeni müəssisələrin fəaliyyətə başlamasına zəmin yaradır»-deyə, deputat qeyd edib.