YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MM-in deputatı: Məqsədyönlü investisiya siyasəti qısa müddətdə Azərbaycanı güclü infrastruktur təminatına malik ölkəyə çevirib

«Məqsədyönlü investisiya siyasəti qısa müddətdə Azərbaycanı güclü infrastruktur təminatına malik ölkəyə çevirib». Bu fikri Milli Məclisin deputatı Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib ki, respublikamızı fərqləndirən mühüm cəhətlərdən biri ondan ibarətdir ki, bütün ölkə boyu zəruri infrastruktur obyektləri bir qayda olaraq dövlət vəsaitləri hesabına yaradılır. Sonradan bu infrastruktur obyektlərindən həm sahibkarlar bəhrələnirlər, həm də onlar yerlərdə insanların kommunal rahatlıqlarla təminatında mühüm rol oynayırlar.

«Son 14 ildə ölkədə aparılan infrastruktur quruculuğundan söhbət açarkən respublikanın enerji təminatının güclənməsini xüsusi qeyd etmək lazımdır. Yeni generasiya gücləri sayəsində Azərbaycan daxili enerji istehlakını tam həcmdə yerli istehsal hesabına təmin edir, hətta ölkəmizin müəyyən qədər ixrac imkanları da yaranıb. Qeyd edim ki, 2004-cü ilə qədər Azərbaycanda cəmi 9 elektrik stansiyası mövcud idi və onların ümumi potensialı 3900 meqavata bərabər idi. Son 14 ildə isə respublikamız 30 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 2500 meqavat artırmağa nail olub. Son illərdə Azərbaycanın güclü infrastruktur təminatına malik ölkəyə çevrilməsi qazlaşdırma sahəsində də qabarıq şəkildə nəzərə çarpır. İndiyədək respublikanın regionlarında genişmiqyaslı qazlaşdırma layihələri həyata keçirilib. 2004-cü ildən ötən dövr ərzində Azərbaycanda qazlaşdırma 51 faizdən 93 faizə çatdırılıb. Artıq proses indiyədək qazlaşdırılmayan və yaxud müəyyən səbəblərdən qaz təminatı dayandırılan kəndləri və kiçik yaşayış məntəqələrini də əhatə edib»-deyə, deputat qeyd edib.

DİGƏR Xəbərlər Arxiv