YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nizami Cəfərov: Xalq Cümhuriyyətinin 100 illik yubileyi Azərbaycan xalqının və dövlətinin tarixində xüsusi məna və məzmun kəsb edir

«Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Azərbaycan xalqının və dövlətinin tarixində xüsusi  məna və məzmun kəsb edir». Bu fikri Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib.

N.Cəfərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyətinin “tərcümeyi-hal”ı, son illərdə demək olar ki, bütün tərəfləri ilə dərindən öyrənilib, onun güclü və zəif cəhətləri konkret sənəd və materiallar əsasında Azərbaycan tarixçiləri tərəfindən obyektiv araşdırılıb, dünya tarixşünaslığında bu barədə kifayət qədər aydın təsəvvür formalaşıb. Onun sözlərinə görə, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətini özünün hüquqi-tarixi varisi elan etdiyindən, eləcə də Cümhuriyyət tarixi hərtərəfli öyrənildiyindən o, milli ictimai təfəkkürün yaddaş potensialının üzvi tərkib hissəsinə çevrilıb, hər bir Azərbaycan vətəndaşının qürur mənbəyi olub.
«Ən başlıcası isə odur ki, Azərbaycan xalqı və dövləti Xalq Cümhuriyyətinin yubileyini həm iqtisadi, həm siyasi, həm də mədəni inkişaf sahələrində həmin Cümhuriyyətin ideallarına layiq səviyyədə böyük uğurlarla qeyd etməklə milli azadlıq və dövlət müstəqilliyi uğrunda mübarizənin necə bir etibarlı varisi olduğunu, bu mübarizənin hansı mükəmməl nailiyyətlərə gətirib çıxardığını bir daha bütün miqyası ilə göstərir. İnamla demək olar ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi müstəqil Azərbaycanı yaradıb inkişaf etdirmiş qüdrətli bir məfkurənin - azərbaycançılıq ideologiyasının həm ölkə daxilində, həm də onun hüdudlarından çox-çox uzaqlarda təntənəsidir»-deyə, N.Cəfərov vurğulayıb.