YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Növbədənkənar prezident seçkiləri həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur

Növbədənkənar prezident seçkiləri həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur.

Trend-in məlumatına görə, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının V Qurultayında çıxışında Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.

Ə.Həsənov qeyd edib: "Bildiyiniz kimi, aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Bu seçkilər həmkarlar ittifaqları qarşısında vəzifələr qoyur. Həmkarlar ittifaqları həmişə prezident seçkilərində dövlət başçısı İlham Əliyevi dəstəkləyib və inanırıq ki, bu dəfə də öz sözlərini deyəcəklər. Sizi növbədənkənar prezident seçkilərində fəal iştirak etməyə çağırıram".