YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Azərbaycanda gənclər fəal, aparıcı qüvvə kimi ölkəmizin inkişafına öz töfhələrini verirlər

«Azərbaycanda uğurlu gənclər siyasəti həyata keçirilir və gənclər fəal, aparıcı qüvvə kimi ölkəmizin inkişafına öz töfhələrini verirlər». Bu fikri  Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

Millət vəkilinin sözlərinə görə, gənc nəslin sağlam və vətənpərvər ruhda böyüməsi, intellektual inkişafı hər bir dövlət və cəmiyyət üçün strateji əhəmiyyətli bir məsələdir. Heç də təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə Azərbaycanda hakimiyyətə gəldikdən dərhal sonra gənclərlə düzgün işin qurulması, bu istiqamətdə effektiv dövlət siyasətinin həyata keçirilməsini prioritet elan etdi. Çox qısa zamanda ardıcıl tədbirlər həyata keçirilərək ciddi nəticələrə nail olundu.

"Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin yüksək inkişafı gənclərimiz üçün də böyük perspektiv və imkanlar yaradır. Qeyd etmək istərdim ki, Azərbaycan əhalisinin təxminən 43 faizini yaşı 14-29 olan gənclər təşkil edir. Bunun özü həm çox böyük bir göstərici, həm də ölkənin güclü inkişaf enerjisi olduğunu sübut edən məqamlardan biridir. Azərbaycan dövləti haqlı olaraq, bu güclü potensialı səfərbər etmək, gənclərin imkanlarından bəhrələnmək, həm də gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsi istiqamətində bütün mümkün addımları atmaqdadır. Gənclərin hərtərəfli inkişafı ölkənin sosial-iqtisadi, elmi və mədəni inkişafı ilə sıx əlaqədədir, onun qlobal rəqabətə davamlılığının, milli təhlükəsizliyinin vacib şərtlərindəndir", - deyə Sahibə Qafarova qeyd edib.

Daha sonra millət vəkili vurğulayıb ki, Azərbaycan gənclərlə bağlı ayrıca qanun qəbul olunmuş və Dövlət proqramları icra olunan azsaylı dövlətlərdən biridir. Həm qanunda, həm də proqramlarda gənclərin inkişaf etdirilməsi ilə bağlı konkret tədbirlər əksini tapmaqdadır. Dövlət gənclərin potensialını səfərbər etmək və onları təşviq etmək üçün Gənclər Fondu yaradıb. Bu fond həm gənclərin fəal yaradıcılıq qabiliyyətlərini inkişaf etdirir, onların fəaliyyətini stimullaşdırır, həm də dövlətin gəncləri idarəçiliyə cəlb etmək niyyətini ortaya qoyur.

Sahibə Qafarova deyib ki, gənclərin sağlam ruhda böyüməsi və onların idmanla məşğuluna şərait yaradılması üçün ölkənin hər bir regionunda ən müasir standartalara cavab verən 43 idman və olimpiya kompleksləri tikilib. Gənclərin yüksək təhsil almaq imkanının təmin olunması məqsədilə son 14 ildə 3100-dən çox yeni müasir tipli məktəblər tikililərək istifadəyə verilib. Həmçinin millət vəkili deyib ki, gənclərin işlə təmin olunması məqsədilə ilə son 14 ildə ölkədə 1,9 milyondan çox yeni iş yerləri yaradılıb ki, bunun da 80 faizindən artığı gənclər tərəfindən tutulub və daimidir. Dövlət idarəçiliyində gənclərin rolunu artırmaq üçün son dövrlər bu sahədə bütün vakansiyalar məhz gənclər tərəfindən tutulur. Bütün bunlar isə bir daha Azərbaycanda çox uğurlu gənclər siyasətinin həyata keçirildiyini və bu siyasətin bir çox istiqamətləri əhatə edərək gənclərin sağlam ruhda inkişafını təmin edir.