YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İntiqam Babayev: Bu, dövlətimizin başçısının gənclərə etimadının bariz nümunəsidir

«Azərbaycanda gənclərin inkişafı, onların dünyagörüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir». Bu fikri gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

İ.Babayev bildirib ki, bu, dövlətimizin başçısının gənclərə etimadının bariz nümunəsidir. Onun sözlərinə görə, Azərbaycanda gənclərin inkişafı istiqamətində qanunlar, İnkişaf Strategiyası və Dövlət proqramları var.

«Belə sənədlərin qəbulu və icrası gənclərin maraqlarının tam təmin olunmasına hesablanıb. Bunların nəticəsində respublikamızda yeni alimlər, menecerlər, informasiya texnologiyaları üzrə mühəndislər, elm və incəsənət sahəsi üzrə peşəkar gənclər formalaşıb. Bu mükəmməl sənədlərdə Azərbaycan gənclərinin maraqları, onların hərtərəfli inkişafı, beynəlxalq platformalara çıxışı məsələləri tam nəzərə alınıb. Bu da Azərbaycan dövlətinin ölkə gənclərinə yüksək diqqət və qayğısının növbəti bariz nümunəsidir»-deyə, nazir müavini vurğulayıb.