YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əbülfəs Qarayev: Hava limanlarında "ASAN Viza"nın tətbiqi prosesin şəffaf həyata keçirilməsinə yönəlib

Prezident İlham Əliyevin Azərbaycanın beynəlxalq hava limanlarında əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə viza verilməsi prosedurunun təkmilləşdirilməsi haqqında verdiyi fərman ölkədə turizmin inkişafına yönəlmiş addımdır.

Bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda "ASAN Viza" sisteminin tətbiqi ilə əlaqədar son zamanlar ölkəmizə gələn qonaqların sayı xeyli artıb:

"Vizanın 3 saat müddətində verilməsi, demək olar, bütün maneələri aradan qaldırdı. Hesab edirik ki, Prezidentin hava limanlarında, sərhədlərdə məhz "ASAN Viza" sisteminin tətbiqi ilə bağlı verdiyi qərar bu prosesin burada da daha mütəşəkkil, şəffaf həyata keçirilməsinə, qonaqların gəlişinin asanlaşdırılmasına yönəlib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimovla tədris ocaqlarının məzunlarının da bu işə cəlb olunması məsələsi gündəlikdədir".