YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə sosial müdafiə sahəsində əməkdaşlığı gücləndirir

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclası keçirilib.

İclasdan əvvəl Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov və Türkiyənin əmək və sosial müdafiə naziri xanım Jülide Serıeroğlu arasında görüş olub.

İclasda S.Müslümov hələ ötən əsrin 90-cı illərindən əmək və sosial müdafiə sahələri üzrə də ölkələrimizin qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin qurulduğunu və sonrakı illərdə imzalanan əməkdaşlıq sənədləri əsasında ildən-ilə gücləndirildiyini bildirib.

Nazir qeyd olunan Mərkəzin fəaliyyətində İƏT-in Türkiyədəki İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Tədqiqatlar və Təlim Mərkəzi (SESRİC) ilə fəal əməkdaşlıq quracağını da qeyd edib.