YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

TANAP Türkiyədə daha bir sosial layihəyə başlayır

Trans-Anadolu qaz boru kəmərinin operatoru olan TANAP şirkəti Türkiyədə daha bir sosial layihəyə başlayır.

TANAP-ın sosial və ekoloji sərmayə proqramı üzrə Türkiyənin Milli Təhsil Nazirliyi və “Tohum” Autizm Vəqfi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Təhsilə uzanan yol” layihəsi autizmli uşaqlara ixtisaslı təhsil aşılanması və autizmə diqqəti yönəltmək məqsədi daşıyır.

TANAP-ın birbaşa investisiya ilə dəstəklədiyi 6 layihədən biri olan “Təhsilə uzanan yol” layihəsi boru kəmərinin keçdiyi Türkiyəni 11 şəhərində - Ərdahan, Qars, Yozgat, Ərzincan, Giresun, Ankara, Sivas, Kırıkkale, Kütahya, Balıkəsir və Ədirnədə həyata keçiriləcək. Layihə üzrə həmin şəhərlərdə müəllimlərin peşə vərdişlərinin artırılması, ailələrinin və bölgə sakinlərinin autizm mövzusunda məlumatlandırılması və maarifləndirmə işləri aparılacaq. Həmçinin layihə çərçivəsində 11 şəhərdə ümumilikdə 33 xüsusi sinif otağının qurulması və beynəlxalq standartlara uyğun formada avadanlıqlarla təchizatı təmin ediləcək.