YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dilarə Cəbrayılova: Azərbaycan dövləti insan kapitalının inkişafına xüsusi diqqət yetirir

«Azərbaycan dövləti insan kapitalının inkişafına xüsusi diqqət yetirir». Bu fikri Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib.

D.Cəbrayılova bildirib ki, məhz bu diqqətin nəticəsidir ki, ölkəmizin intellektual potensialı çox yüksəkdir. Onun sözlərinə görə, bu istiqamətdə tədbirlər təhsilin ilk pilərindən başlanılır.

«Bu baxımdan, respublikamızda yeni, müasir məktəblərin tikintisi də böyük əhəmiyyət kəsb edir. son 14 ildə ölkəmizdə 3 mindən artıq məktəb tikilib istifadəyə verilib. Təkcə, başa vurduğumuz 2017-ci ildə 133 yeni məktəb tikilib, 14 məktəb əsaslı təmir edilib, 500-ə yaxın məktəbdə isə cari təmir aparılıb. Bu yöndə işlər bu ildə də davam etdiriləcək. Əsas hədəf Azərbaycan təhsilinin dünya təhsil sistemində ön sıralarda təmin olunmasıdır. Dövlətimiz bu yöndə uğurlu addımlar atır»- deyə, deputat qeyd edib.