YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fatih Birol: 2018-ci il neftin qiyməti baxımından balanslı bir il olacaq

2018-ci il neftin qiyməti baxımından balanslı bir il olacaq.

Bunu Beynəlxalq Enerji Agentliyinin (IEA) icra direktoru Fatih Birol deyib.

“OPEC və başda Rusiya olmaqla digər qeyri-OPEC ölkələri ilə əldə olunan neft hasilatının azaldılmasına dair razılaşma neftin qiymətinin 70 dollar/barrelə qalxmasına səbəb olub. “Qara qızıl”ın qiymətinin 70 dollar/barrelə çatması ABŞ-da şist nefti istehsalının da artmasına səbəb olacaq. Nəticədə ABŞ bazara böyük həcmdə neft çıxaracaq və qiymət yenidən aşağı düşəcək. Belə ki, 70 dollar neftin qiymətinin aşağı düşməsinə gətirib çıxaracaq bir səviyyədir. Hesab edirəm ki, ABŞ və Braziliyada neft hasilatı artacaq və bu, qiymətə öz təsirini göstərəcək”, - deyə o əlavə edib.

F.Birol deyib: “Əhəmiyyətli geosiyasi proseslər olmayacağı təqdirdə 2018-ci il neftin qiyməti üçün balanslı bir il olacaq və qiymət dəyişkənliyi elə də çox baş verməyəcək”.