YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: YAP Gənclər Birliyi 2018-ci il ərzində müxtəlif aktual məsələlərlə bağlı layihələr həyata keçirməyi nəzərdə tutur

«Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi  2018-ci il ərzində müxtəlif aktual məsələlərlə bağlı layihələr həyata keçirməyi nəzərdə tutur». Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Oruov deyib.

S.Orucov bildirib ki, Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanda, bütövlükdə Cənubi Qafqaz regionunda ən böyük siyasi qüvvədir. Onun sözlərinə görə, partiyamız fəaliyyətində gənclərə də daim xüsusi diqqətlə yanaşır.

«YAP rəhbərliyi daim gənclərlə bağlı müxtəlif layihələr həyata keçirir və həmçinin, YAP Gənclər Birliyinin bir çox təşəbbüslərinin reallaşmasına dəstək verir. Bütövlükdə, partiyamızın gənclər siyasəti ölkə gəncliyi tərəfindən yüksək qiymətləndirilir. Məhz bunun nəticəsidir ki, partiyamıza gənclərin axını davam edir. Bu gün YAP üzvlərinin 40 faizi gənclərdən ibarətdir. Bu gənclər intellektual, dövlətini, Vətənini sevən, ölkə Prezidentinə sadiq olan gənclərdir. Belə bir gənclər ordusu daim ölkəmizin inkişafına öz töhfələrini verirlər. Təşkilatımız ənənəsinə sadiq olaraq bu il ərzində Prezident İlham Əliyevin siyasətinin uğurlarını təbliğ etməkdə davam edəcək, eləcə də aktual məsələlərlə əlaqədar tədbirlər, layihələr reallaşdıracaq. Nəzərə alsaq ki, bu il ölkəmizdə prezident seçkiləri keçiriləcək, YAP Gənclər Birliyi bununla əlaqədar üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaq»-deyə, S.Orucov vurğulayıb.