YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzaladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Sərəncam imzaladı.

Sərəncamda deyilir: “Qloballaşma proseslərinin intensivləşdiyi müasir dövrdə Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələri əhalinin məlumatlandırılması və maarifləndirilməsi, dövlət siyasətinin mahiyyətinin cəmiyyətə çatdırılması, ictimai maraq kəsb edən aktual məsələlərin müzakirəsinin təşkili, ölkəmizin milli maraqlarının müdafiəsinə mühüm töhfə verir.

Azərbaycan dövləti kütləvi informasiya vasitələrinin inkişafı məsələlərini daim diqqət mərkəzində saxlayır, bu sahədə meydana çıxan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Milli informasiya resurslarının, kommunikasiya vasitələrinin inkişafına yönəlmiş davamlı dövlət siyasəti, xüsusilə “Azerspace-1” peykinin orbitə çıxarılması, bütün ölkə ərazisində rəqəmsal yayıma keçid və görülmüş digər işlər teleradio sahəsində də müasir texnologiyaların tətbiqini sürətləndirmiş, yayımçıların texniki imkanlarının və operativliyinin artmasına, təsir imkanlarının yüksəlməsinə səbəb olmuşdur.”

Sərəncama əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Milli Televiziya və Radio Şurasına 3.0 (üç) milyon manat ayrıldı.