YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan ordusunun bölmələri tərəfindən növbəti dəfə atəşkəs rejimi pozulub

Ermənistan silahlı bölmələri sentyabrın 11-də və 12-də gecə Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz və Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.