YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhliman Əmiraslanov: Əhalinin sağlamlığı ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir

«Səhiyyənin inkişafı Azərbaycanda davamlı şəkildə həyata keçirilən geniş məzmunlu sosial siyasətin əsas tərkib hissələrindən biridir». Bu fikri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

Ə.Əmiraslanov bildirib ki, əhalinin bilavasitə sağlamlığı ilə bağlı olan məsələlər daim diqqət mərkəzindədir. Onun sözlərinə görə, səhiyyə sahəsində yeniliklər istər bu sahədə qanunvericilik bazasının daha da möhkəmləndirilməsində, istərsə də müasir infrastrukturun qurulmasında və kadr hazırlığına diqqətin daha da artırılmasında öz əksini tapıb. 
«Ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən məqsədyönlü islahatlar, o cümlədən tibb müəssisələri şəbəkəsinin və strukturun təkmilləşdirilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi nəticəsində əhalinin sağlamlığının qorunmasında və tibbi xidmətin səviyyəsinin yüksəlməsində əsaslı keyfiyyət dəyişikliyi baş verib. Səhiyyənin prioritet sahələri üzrə qəbul edilən Dövlət proqramları çərçivəsində reallaşdırılan tədbirlər bu sahədə vəziyyəti əsaslı şəkildə yaxşılaşdırıb. Bu gün ölkədə səhiyyənin prioritet sahələri üzrə qəbul olunmuş Dövlət proqramlarının icrası uğurla davam etdirilir. Son 14 ildə respublikamızda 600-dən çox tibb müəssisəsi yaradılaraq və ya yenidən qurularaq əhalinin istifadəsinə verilib. Bu müəssisələrin əksəriyyətinin açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti şəxsən iştirak edib. Dövlət başçısı bəyan edib ki, Azərbaycan bundan sonra da sosial sahədə böyük uğurlara imza atacaq. Bu deməyə əsas verir ki, bu istiqamətdə görülən işlər sistemli şəkildə davam etdiriləcək»-deyə, komitə sədri vurğulayıb.