YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Özbəkistan Avropa bazarlarına çıxış əldə etmək üçün Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək istəyir

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Senatın və Ali Məclisin Qanunvericilik Palatasının üzvlərinə müraciəti ilə bağlı Ali Məclisdə brifinq keçirilib.

Tədbirdə Senat sədrinin müavini Sadık Savoyev, Ali Məclis sədrinin müavini Sarvar Atamuratov, xarici işlər nazirinin müavini Saidikram Niyazxocayev və Ali Məclisin deputatı Akmol Burxanov iştirak edib.

Brifinqdə Şavkat Mirziyoyevin müraciəti ilə bağlı geniş müzakirələr aparılıb.

Deyilib ki, müraciətdə Özbəkistanın nəqliyyat strukturlarının genişləndirilməsi, Avropa bazarlarına çıxış əldə etmək üçün Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizindən geniş istifadə etmək nəzərdə tutulur.

Bu məsələ ilə bağlı Sadık Safoyev deyib ki, Özbəkistan Azərbaycandakı tərəfdaşlarına minnətdardır ki, Bakı Limanından və Bakı-Tbilisi-Qars dəmir yolundan istifadə etmək üçün bizə lazimi şərait yaradıb. Azərbaycan bu istiqamətdə yükdaşımalarının həcminin yüksəldilməsi üçün Özbəkistana hər cür imkan yaratması əlbəttə bizi sevindirir.

Bir türkmən tərəfdaşlarımızla da yüklərin bu ölkə vasitəsi ilə daşınması ilə bağlı danışıqlar aparırıq. Ölkəmizin Azərbaycandakı səfirliyi qarşısında məsələ qoymuşuq ki, Azərbaycandakı tərəfdaşlarımızla əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyətini gücləndirsin.

“Biz bilirik ki, Azərbaycan da öz növbəsində Özbəkistanın tranzit potensialından istifadə etməklə Çin və bu istiqamətdə olan digər ölkələrin bazarlarına çıxmaq niyyətindədir və əminəm ki, bu sahədəki əməkdaşlığımız da getdikcə möhkəmlənəcək və öz bəhrəsini verəcək”, - deyə S.Safoyev bildirib.