YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Pakistan işçi qrupunun növbəti görüşü başlayıb

Yanvarın 17-də Bakıda Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Pakistan İslam Respublikası Birləşmiş Qərargahı arasında Azərbaycan-Pakistan işçi qrupunun 8-ci görüşü başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, işçi qrupuna Azərbaycan tərəfindən Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov, Pakistan tərəfindən isə Birləşmiş Qərargahın Xarici Əlaqələr İdarəsinin rəisi, general-mayor Muhammad Şafiq həmsədrlik edirlər.

Görüşdə hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, regionda təhlükəsizlik, hər iki ölkənin orduları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, o cümlədən 2018-ci ildə birgə tədbirlərin keçirilməsi məsələləri müzakirə olunur.

İşçi görüşü yanvarın 18-dək davam edəcək.