YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Seymur Orucov: Gənclər 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunmasını böyük ruh yüksəkliyi ilə qarşılayır

 

«Yeni Azərbaycan Partiyasının gəncləri 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunmasını böyük ruh yüksəkliyi ilə qarşılayır». Bu fikri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, dövlət başçısının bu qərarı Azərbaycan gəncliyində vətənpərvərlik hisslərini daha da gücləndirir. Onun sözlərinə görə, gənclərimiz cümhuriyyət tarixi ilə fəxr edirlər.

«Xalq Cümhuriyyəti dövrü Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Şərqdə ilk demokratik dövlət quran xalqımız bununla böyük tarixə yazmış oldu. 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması cənab Prezidentin cümhuriyyət tarixinə, onun qurucularına  verdiyi qiymətin göstəricisidir. YAP Gənclər Birliyi bu il çərvəsində bir sıra tədbirlər həyata keçirməyi nəzərdə tutur»-deyə, S.Orucov vurğulayıb.