YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Rövşən Rzayev: 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması mühüm hadisədir

«Prezident İlham  Əliyev tərəfindən 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması mühüm hadisədir». Bu fikri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.

R.Rzayev bildirib ki, bu qərar cəmiyyətimizdə çox yüksək qarşılanır. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Xalq Cümhuriyyəti ilə qürur duyur.

«Dövlət başçısının Prezident bu qərarı Azərbaycanın tarixinə yüksək  qiymətin göstəricisidir. Hesab edirəm ki, bu il çərçivəsində Xalq Cümhuriyyətinin 100 illiyi yüksək səviyyədə qeyd olunacaq»-deyə, deputat qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv