YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Qarşıda duran vəzifələrin yerinə yetirilməsi nəticəsində kənd təsərüfatında daha yüksək nəticələr əldə olunacaq

«Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkəmizin sosial-iqtisadi mənzərəsi geniş şəkildə öz əksini tapdı. İclasda verilən məlumatlar göstərdi ki, qarşıya qoyulmuş vəzifələr yerinə yetirilib. Bu gün Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası uğurla həyata keçirilir və yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir». Bu fikirləri yap.org.az saytına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, dövlət başçısının qeyd etdiyi kimi Azərbaycan xalqı 2017-ci ildə də sabitlik və təhlükəsizlik şəraitində yaşayıb. Azərbaycanda sabitlik, təhlükəsizlik, normal həyat təmin edilir. Onun sözlərinə görə, cənab Prezident iclasda sabitliyin önəmini xüsusi vurğulayıb. Çünki sabitlik olmadan inkişafdan söhbət gedə bilməz.

«Ötən il Azərbaycan iqtisadiyyatında artım müşahidə olunub. Xüsusilə qeyd etməliyik ki, qeyri-neft sektorumuz artıb və burada artım 2,5 faiz təşkil edir. Sənaye sahəsində isə qeyri-neft sektoru 3,6 faiz, kənd təsərrüfatı isə 4,1 faiz artıb. 2004-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramları icra  olunur və hazırda bu proqramların üçüncü mərhələsi  həyata keçirilir. Dövlət proqramlarında qarşıya qoyulan məqsədlərin hamısı demək olar ki, icra olunur. Dövlət başçısı iclasda kənd təsərrüfatının inkişafı məsələsini xüsusi vurğlayıb: «2018-ci il də kənd təsərrüfatının inkişafı üçün uğurlu olacaqdır. Keçən il kənd təsərrüfatı 4,1 faiz artıbdır. Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi məsələlərini həll edirik, həm də kənd təsərrüfatının bizim üçün ənənəvi olan texniki sahəsini inkişaf etdiririk. Qeyd etməliyəm ki, Davos Ümumdünya İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə görə Azərbaycan 57-ci yerdədir. Bu, yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi ilə, xüsusilə taxılçılıqla bağlı əlavə tədbirlər görüləcək ki, biz keçən il olduğu kimi, bu il də idxaldan asılılığı azaldaq və ixracyönümlü məhsulların həcmi artsın».

Əlbəttə ki, hökumət cari ildə də kənd təsərrüatının inkişafı istiqamətində zəruri addımlar atacaq. Bilirsiniz ki, ötən il bölgələrdə pambıqçılıq, baramaçılıq, fındıqçılıq, tütünçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq üzrə müşavirələr keçirilib və bir neçə dövlət proqramı qəbul edilib. Dövlət başçısının qeyd etdiyi kimi bu sahələrdə çox böyük inkişaf var. Bu sahələrə göstərilən diqqət həm iş yerlərinin yaradılmasına gətirib çıxarır, həm də ixrac potensialımızı artırır. 2017-ci ildə 207 min ton, 2016-cı ildə 89 min ton, 2015-ci ildə isə 35 min ton pambıq yığılıb. Göründyü kimi, pambıqçılıq çox böyük sürətlə inkişaf edir və bu istiqamətdə nəticələr daha da artacaq. Bütövlükdə, iclasda cənab Prezident kənd təsərrüfatının inkişafı ilə əlaqədar qarşıda duran vəzifələr haqqında fikirlərini bildirdi, tövsiyə və tapşırıqlarını verdi. Hesab edirəm ki, bu vəzifələrin yerinə yetirilməsi nəticəsində kənd təsərüfatında daha yüksək nəticələr əldə olunacaq»-deyə, komitə sədri vurğulayıb.