YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail İbrahimli: 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması milli-mənəvi dəyərlərimizə və tariximizə olan münasibətdir

«Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsi bir sıra səciyyəvi cəhətləri özündə birləşdirir. Əvvəla, hər yeni ilin müəyyən bir sahə, amil üzərində köklənməsi, onun adı ilə bağlı elan olunması artıq ənənə halını alıb. 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan edilməsi də bu  ənənənin davamıdır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı, tarix elmləri doktoru Fəzail İbrahimli deyib.

F.İbrahimli xatırladıb ki, 2016-cı ilin ölkəmizdə  «Multikulturalizm ili» elan edilməsi xalqımızın və dövlətimizin  dünyəvi dəyərlərə sadiqliyinin, eləcə də dünyada sivilizasiyalararası dialoqun güclənməsinə bir çağırış idi. Həmçinin, 2017-ci  ilin «İslam həmrəyliyi ili» elan olunması da böyük əhəmiyyət kəsb edirdi. Bu qərar Azərbaycanın bütün dünyada İslam həmrəyliyinə, müsəlman dövlətləri  arasında əməkdaşlığın güclənməsinə xidmət etdi. Ötən ilin sonunda bununla bağlı möhtəşəm bir tədbir keçirildi ki, bu da «İslam həmrəyliyi ili»nin  həm dini, həm dünyəvi xarakter daşışıdığını nümayiş etdirdi.

«Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin «Azərbaycan Xalq Cümhuriyyəti ili» elan olunması isə milli-mənəvi dəyərlərimizə, tariximizə, keçmişimizə və bu günümüzə olan münasibətdir. Ötən əsrin əvvəlində dəyərli ziyalılarımız yaranmış  tarixi şansdan istifadə edərək Azərbaycanın müstəqilliyini  elan etdilər və dövlətin atributları, sərhədləri, paytaxtı və vacib amillər  müəyyənləşdirildi. Bu fakt millətimizin varlığını sübut edən amil idi. Xalq Cümhuriyyəti 23 ay ərzində böyük tarixə imza atdı. Əgər o zaman cümhuriyyət yaradılmasaydı,  bu gün vəziyyət başqa cür ola bilərdi. AXC sovet-bolşevik imperiyası tərəfindən işğal olundu. İşğal 70 il sürsə də, bu, xalqımızın qəlbində müstəqillik ruhunun yaşamasına mane ola bilmədi. Bunun nəticəsi olaraq ötən əsrin sonunda dövlət müstəqilliyimiz  bərpa olundu. Bu gün Azərbaycan güclü, dünyada söz sahibi olan dövlətdir. Müstəqil dövlətimiz elə qlobal layihələrin müəllifidir ki, bütün dünya Azərbaycanın önəmini etirfa etməyə məcburdur. Bütün bunların bünövrəsi isə  Azərbaycan Xalq Cümhuriyyəti dövründə qurulub. Prezident İlham Əliyevin bu qərarı  Xalq Cümhuriyyətinə və onun qurucularına verilən yüksək dəyərdir. Cümhuriyyətin qurucuları olan insanların mütləq əksəriyyəti vətən, millət  yolunda şəhid oldular.  Bu qərar həm,  cümhuriyyət uğrunda şəhid olanların, həm də müasir müstəqil dövlətimizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş  şəhidlərimizin ruhuna böyük ehtiramdır. Ona görə də, bu gün ölkəmizdə siyasi mövqeyindən, əqidəsindən  asılı olmayaraq hər kəs bu qərarı yüksək qiymətləndirir»- deyə, F.İbrahimli vurğulayıb.