YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Qırğızıstan Baş nazirinin birinci müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Qırğız Respublikası Baş nazirinin birinci müavini, Azərbaycan-Qırğızıstan hökumətlərarası iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek Sarpaşevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Baş nazirin birinci müavini Tayırbek Sarpaşev Qırğızıstan Prezidenti Almazbek Atambayevin salamlarını dövlətimizin başçısına çatdırdı.
Görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin razılıq doğurduğu vurğulandı, iqtisadi, ticarət, humanitar və digər sahələrdə də əməkdaşlığın inkişaf etdirilməsinin önəmi qeyd olundu, Qırğızıstan Baş nazirinin birinci müavini, Azərbaycan-Qırğızıstan hökumətlərarası iqtisadi-humanitar komissiyasının həmsədri Tayırbek Sarpaşevin ölkəmizə səfərinin bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı Prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğızıstan dövlətinin başçısına çatdırmağı xahiş etdi.