YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Yeni Əsrin Müqaviləsi” üzrə xarici investorlar gələn ilin əvvəlində Azərbaycana 450 milyon dollar bonus ödəyəcək

Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” (AÇG) yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş üzrə xarici investorlar tərəfindən Azərbaycana ödəniləcək ilk bonus ödənişinin həcmi 744 milyon manat olacaq.

Bu barədə Azərbaycan Respublikası Hesablama Palatasının hazırladığı “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2018-ci il büdcəsi ilə bağlı Rəy” sənədində deyilir. Bildirilir ki, 2018-ci il üzrə ARDNF-ə bonus ödənişlərinin 450,1 milyon ABŞ dolları və ya 774,17 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Bu da manat ifadəsi ilə 2016-cı ilin müvafiq icra göstəricisindən 774,1 milyon manat, 2017-ci ilin proqnoz və gözlənilən icra göstəricilərindən isə 771,8 milyon manat çoxdur.

Sentyabrın 14-də Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin 29.2-ci maddəsinə əsasən 2018-2025-ci illər ərzində ümumilikdə 3,6 milyard ABŞ dolları məbləğində vəsaitin ödənilməsi nəzərdə tutulur. Bonus məbləğinin 1-ci hissəsi – 450 milyon ABŞ dolları və ya 774 milyon manatının 2018-ci il yanvarın 31-də ödənilməsi nəzərdə tutulur.

Bununla yanaşı, 2018-ci üzrə “Şahdəniz” yatağında Hasilatın Pay Bölgüsü Sazişi çərçivəsində SOCAR-a və ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən “Şahdəniz” fazası üzrə 0,1 milyon ABŞ dolları və ya 172,0 min manat məbləğində bonus ödənişlərinin edilməsi proqnozlaşdırılır.

Xatırladaq ki, bu il sentyabrın 14-də Azərbaycan hökuməti və SOCAR, beynəlxalq tərəfdaşlar şirkətlərlə birlikdə AÇG-nin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş Sazişi imzalayıblar. Saziş Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən oktyabrın 31-də ratifikasiya olunub.

“Yeni Əsrin Müqaviləsi” üzrə “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılıb. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödəniləcək, SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək, SOCAR-ın payı 11,6 faizdən 25 faizə qaldırılıb. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.

“Əsrin müqaviləsi” çərçivəsində ötən 23 il ərzində “Azəri-Çıraq-Günəşli”dən 436 milyon ton neft hasil edilib. “Azəri-Çıraq-Günəşli”də hələ təxminən 500 milyon ton neft ehtiyatı var.