YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Bu məsələdə Azərbaycanla Türkmənistan eyni mövqe nümayiş etdirir

“Azərbaycan Avropa Birliyinə daxil olan 9 dövlətlə strateji partnyorluğu təsdiq edib. Bizim region dövlətlərindən Gürcüstanla strateji partnyorluq səviyyəsində münasibətlərimiz var. Bu silsiləyə qardaş ölkə Türkmənistanın da daxil olması müsbət haldır”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri  Səməd Seyidov parlamentin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin təsdiq edilməsi” barədə qanun layihəsi haqqında məlumat verərkən deyib.

Komitə sədri bildirib ki, sənəddə  Xəzər dənizinin bölünməsi məsələsi də öz əksini tapıb və bu məsələdə Azərbaycanla Türkmənistan eyni mövqe nümayiş etdirir: “Hesab edirəm ki, sənəddə Azərbaycan - Türkmənistan münasibətlərinin Xəzər dənizi nöqteyi-nəzərdən ifadə edilməsi müsbət haldır. Həmçinin  sənəddə Azərbaycan, Əfqanıstan, Türkmənistan, Gürcüstan, Türkiyə nəqliyyat sahəsindəki münasibətləri də öz əksini tapıb”.