YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarus ilə Azərbaycan arasında əlaqələr intensiv inkişaf edir

Dekabrın 28-də Belarus Respublikasının Bakıdakı səfirliyində 2017-ci ildə Belarus ilə Azərbaycan arasında əməkdaşlığın yekunlarına və 2018-ci ildə bu əməkdaşlığın inkişafı perspektivlərinə həsr edilmiş mətbuat konfransı keçirilib.

Belarus Respublikasının Azərbaycan Respublikasındakı səfiri Gennadi Axramoviç ikitərəfli münasibətlər barədə ətraflı məlumat verib. Səfir qeyd edib ki, başa çatmaqda olan 2017-ci ildə Belarus nümayəndələri Azərbaycanda təxminən 40 dəfə rəsmi səfərdə olublar. Bu, ikitərəfli münasibətlərin intensivliyinə dəlalət edir.

G.Axramoviç Belarus ilə Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın vacibliyini vurğulayaraq bildirib ki, Belarusdan Azərbaycana əsasən maşınqayırma, ağac emalı, əczaçılıq məhsulları, istehlak və ərzaq malları, habelə tikinti materialları ixrac olunur. İstehsal kooperasiyası fəal inkişaf edir. Azərbaycanda Belarus traktorları, yük avtomobilləri və optik avadanlıqlar yığılır. Yaxın vaxtlarda Azərbaycanda avtokranlar, liftlər və kənd təsərrüfatı texnikası yığılması üzrə birgə müəssisələr yaradılacaq.

Səfir qeyd dib ki, 2017-ci ildə Azərbaycan ilə Belarus arasında əmtəə dövriyyəsinin həcmi 119 milyon dollar olub. Gözlənildiyinə görə, 2018-ci ildə bu göstərici xeyli artacaq və 150 milyon dollara çatacaq.

Sonda Gennadi Axramoviç jurnalistlərin suallarına cavab verib.