YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə töhfə baxımından unikal ölkədir

Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfə baxımından unikal ölkədir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Söz azadlığı və dini icmalar” mövzusunda konfransda deyib.

M.Qurbanlı qeyd edib ki, bu gün dünyada dindən sui-istifadə halları müşahidə olunur: "Dindən sui-istifadə edərək dünyanın ayrı-ayrı regionlarında radikal qruplar yaratmaqla faciələrə gətirib çıxaran hadisələr törədilir".

O bildirib ki, bu cür hadisələrin qarşısını almaq üçün dinlərarası dialoqa, İslam dünyasının daxilində həmrəyliyə böyük ehtiyac var: "Azərbaycan bu baxımdan nümunəvi ölkədir. Ölkəmizdə dövlət-din modeli mövcuddur".

Komitə sədri əlavə edib ki, Azərbaycan dinlərarası dialoqa, İslam həmrəyliyinə böyük töhfə verməkdədir.