YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ziyafət Əsgərov: Azərbaycan dövləti insan kapitalının inkişafına xüsusi diqqət yetirir

«Bu gün Azərbaycan dövləti insan kapitalının inkişafına xüsusi diqqət yetirir. Azərbaycan BMT tərəfindən hazırlanan qlobal layihə ilə bağlı götürdüyü öhdəlikləri yerinə yetirir». Bu fikirləri Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Məclisdə “Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Parlamentin rolu” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Z.Əsgərov bildirib ki,  dünyada yoxsulluq, aclıq və iqtisadi problemlər bu gün hər kəsi narahat edir: "Dünyamız narahat vəziyyətdədir. Yaxın Şərqdə baş verən proseslər, qaçqın və miqrant problemləri var. Azərbaycanda 2003- 2005, 2008-2015 yoxsulluğun aradan qalıdırması və davamlı inkişaf proqramları qəbul edilib. Bu yaxınlarda biz “İşsizlikdən sığorta haqqında” qanun qəbul etdik. Hesab edirəm ki, bu çox yaxşı qanun layihəsidir”.

Birinci vitse-spiker qeyd edib ki, gələcəkdə dünyanın 2/3-nin içməli su ilə bağlı problemi olacaq. Onun sözlərinə görə, bu məsələ bütün dünyanı və BMT-ni narahat edir.

«Bu problemlər həll oluna bilər. Amma bu məsələdə dövlətlər bir araya gələ biləcəklərmi? Dövlətlər yaxşı bəyanatlar verirlər. Xüsusilə də inkişaf etmiş ölkələr. Bəzi ölkələrin sözü ilə əməli uyğun gəlirmi? Doğurdan da dünyanın inkişaf etmiş ölkələri bir nöqtəyə vursa, bu məsələlər həll oluna bilər. Konkret Azərbaycana gəldikdə Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunması istiqamətində xeyli işlər görülür.15 il bundan əvvəl işsizliyin səvviyyəsi ilə indiki arasında böyük fərq özünü göstərməkdədir. İllər öncə ölkəmizdə işsizliyin səviyyəsi 40 faizdən çox idisə, hazırda Azərbaycanda bu rəqəm 5 faizə çatıb. Biz çalışırıq ki, insanlar işlə təmin olunsun, yoxsulluğun səviyyəsi aşağı düşsün. Azərbaycan qarşıya qoyulmuş məqsədlərə çatmaqda dəstək verməkdə davam edəcək. İndiyə qədər bu sahədə xeyli qanunlar qəbul etmişik. Əgər lazım olsa, yenə də Milli Məclis bu işə öz töhfəsini verməyə hazırdır»-deyə, Z.Əsgərov vurğulayıb.

 

DİGƏR Xəbərlər Arxiv